Uilyam Harrini bağışlamayacaq
Kral ailəsindəki qalmaqal davam edir. Şahzadə Harri ilə Kral III Çarlz arasında danışıqlar artıq başlayıb, ata və oğulun keçmiş şikayətlərini dəfn edə biləcəklərinə ümid var.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, ingilis mediasının yazdığı mətndə Şahzadə Uilyamla vəziyyətin daha qaranlıq olduğu yazılıb. O, qardaşını bağışlamağa hazır deyil.
Əsas səbəb Harrinin 2023-cü ildə nəşr olunan "The Spare" kitabıdır. Orada Susseks hersoqu toy ərəfəsində Keytlə Meqan arasında baş verən mübahisədən danışaraq, Uels şahzadəsinin həyat yoldaşını ağlatmasına eyham vurub, həmçinin mediada aralarındakı "rəqabəti" təsvir edib.
Bu sözlər, insayderlərin fikrincə, "dərin yara" vurdu və məhz Ketrin barışıq yolunda əsas maneə olaraq qalıb.
Oxşar xəbərlər
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb
Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub. BAKU.WS "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlum...