Türkiyə Ukraynaya ordu göndərmək üçün şərtini açıqlayıb
Türkiyənin sülhməramlı hərbi kontingentinin Ukraynaya göndərilməsi yalnız atəşkəsin təmin olunması halında mümkündür.
BAKU.WS xəbər verir ki, bu şərti Türkiyənin Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, Ankara Rusiya–Ukrayna müharibəsində davamlı atəşkəsin əldə olunmasına yönəlmiş istənilən konstruktiv təşəbbüsdə iştirak etməyə hazırdır.
Lakin "könüllülər koalisiyası" çərçivəsində hərbi kontingentin göndərilməsi yalnız Ukrayna ərazisində atəşkəsin elan olunmasından və hər bir iştirakçının missiyasının dəqiq müəyyənləşdirilməsindən sonra mümkündür.
"Ölkəmiz Rusiya ilə Ukrayna arasında müharibədə davamlı atəşkəsin əldə olunmasına yönəlmiş bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır. Bu çərçivədə biz "könüllülər koalisiyası"nın fəaliyyətində fəal iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələri tərkibində Ukraynaya qoşun göndərilməsi üçün əvvəlcə atəşkəs təmin edilməli, daha sonra isə aydın missiya müəyyənləşdirilməli və hər bir ölkənin hansı həcmdə töhfə verəcəyi dəqiqləşdirilməlidir," – deyə nazirlikdə qeyd olunub.
Oxşar xəbərlər
Tramp Orbanı seçkilərdə uğurlar arzulayıb
ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı qarşıdan gələn seçkilərlə bağlı uğurlar arzulayıb. BAKU.WS xəbər verir ki, müvafiq məktubu ma...