Türkiyə Trampdan əsas gözləntisini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır: "Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".
Ö.Çelik, həmçinin söyləyib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi: "Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".
Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andişmə mərasimi keçiriləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...