Trampdan Danimarkaya TƏLƏB: Qrenlandiyanı tərk edin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşdığı postda Danimarkanın Qrenlandiyadan dərhal çıxmasını tələb edib.
BAKU.WS xəbər verir ki, o, bu çağırışı NATO vasitəsilə etdiyini bildirib.
"NATO, Danimarkaya deyin ki, buradan (Qrenlandiyadan – red.) dərhal yığışıb getsinlər! İki xizək dəstəsi kifayət deyil! Bunun öhdəsindən yalnız ABŞ gələ bilər!" – deyə Tramp yazıb.
Amerika lideri bu açıqlamanı ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensin Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ilə Qrenlandiyanın gələcək statusu ilə bağlı keçiriləcək görüşdən bir neçə saat əvvəl paylaşıb.
Qeyd edək ki, Tramp 2026-cı ilin yanvarında ABŞ-nin milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya ərazisini ələ keçirmək planları barədə bəyanat vermişdi. Daha sonra o, ABŞ-nin adanı "bu və ya digər yolla" əldə edəcəyini vurğulamışdı.
Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ələ keçirilməsinin NATO üçün son ola biləcəyini bildirib. Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə Qrenlandiyanın satılmadığını və əhalinin amerikalı olmaq istəmədiyini deyib. Tramp isə bu açıqlamalara cavab olaraq Nilsen üçün nəticələr ola biləcəyini istisna etməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...