Tramp Zelenskiyə çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə müharibəni dayandırmaq üçün çağırış edib.
BAKU.WS xəbər verir ki, bu barədə Fransanın "El Pais" nəşri məlumat yayıb.
Məlumata görə, Tramp Zelenskidən atəşkəs barədə düşünməyi tövsiyə edib.
Nəşr qeyd edir ki, rəsmi Kiyev belə bir qərar qəbul edəcəyi təqdirdə bölgədə sülhün yaranması üçün şərait formalaşa bilər:
"Daha sonra Avropa sülhməramlı qüvvələri və digər mexanizmlər vasitəsilə Ukraynanın təhlükəsizliyi təmin ediləcək".
Xatırladaq ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...