Tramp: Venesuela nefti ABŞ üçün 500 il kifayət edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə əldə olunan enerji razılaşmasının ölkəsinə böyük həcmdə neft ehtiyatlarına çıxış yaratdığını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.
O, Venesuelanın neft ehtiyatlarının ABŞ-nin enerji imkanlarını əhəmiyyətli dərəcədə artırdığını deyib. Ağ Ev də razılaşma çərçivəsində 65 milyard bareldən çox təsdiqlənmiş Venesuela neft ehtiyatları üzərində ABŞ-nin nəzarətinin genişləndiyini açıqlayıb.
Tramp çıxışında bildirib ki, söhbət təxminən 65 milyard barel neftdən gedir və bu həcmin ABŞ üçün çox uzunmüddətli enerji təminatı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
ABŞ Prezidenti həmçinin Vaşinqtonla Karakas arasında münasibətlərin yaxşı istiqamətdə inkişaf etdiyini qeyd edib.
Qeyd edək ki, razılaşma çərçivəsində Venesuelada 17 neft yatağının 100 illik işlənməsi ilə bağlı hüquqlar da verilib. Bu yataqların ümumi təsdiqlənmiş ehtiyatlarının təxminən 65 milyard barel olduğu bildirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...