Tramp və Putin nə planlayır? - Dünya niyə yeni silahlanma yarışına girir? - Baku TV
"Strateji hücum silahlarının ixtisarı ve məhdudlaşdırılması haqqında müqaviləni 2010 ilin aprelin 8-də Rusiya ve ABŞ prezidentleri Dmitri Medvedevlə Barak Obama Praqada imzalamışdılar. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minmişdi".
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışında bildirilib.
Qeyd edilib ki, bu sənəd strateji hücum silahları ilə bağlı 1991 ve 2002 illərdə imzalanmış əvvəlki müqavilələri əvəz edirdi.
"Bir qədər də keçmişə baxsaq, onlar da özlərindən əvvəlki müqavilələrin davamı idi. Ümumilikdə strateji hücum silahlarının məhdudlaşdırılması təşəbbüslərinin hüquqi sənədlə rəsmiləşdirilməsinin tarixi 1972-ci ildən başlayır. O zaman imzalanan ilk müqavilə soyuq müharibənin ən qızğın vaxtında planeti nüvə faciəsindən qorumağa xidmət edirdi".
Əlavə edilib ki, 2010-cu ildə imzalanan sonuncu müqaviləyə görə, tərəflər strateji hücum silahlarını, yəni ballistik raketlərin, ağır bombardmançı təyyarələrin sayını məhdudlaşdırmalı idilər:
"Qitələrarası ballistik raketlərin sayı 700-dən çox olmamalı idi. Daha 1550 belə raket ehtiyatda saxlanıla bilərdi. Bu cür raketler ölkənin ərazisindən kənarda yerləşdirilməli idi. 2021-ci ildə başa çatan müqavilə avtomatik olarak 5 illik uzadılmışdı. Bu il isə Trump ondan imtina etdi".
Həmçinin vurğulanıb ki, hazırkı vəziyyət o deməkdir ki, ABŞ və Rusiya strateji hücum silahlarının sayını qeyri-məhdud şəkildə, limitsiz artıra bilər. BMT-nin baş katibi Antonio Quttereşin sözlərinə görə, son yarım əsrdə dünya ilk dəfədir ki, belə vəziyyətlə üzləşir.
Oxşar xəbərlər
Telegram-da kütləvi problem yarandı
Dünyanın bir çox bölgəsində məşhur messencer "Telegram" istifadəçiləri platformada nasazlıqlarla üzləşib. BAKU.WS xəbər verir ki, bu barədə "Downdetector" xidmə...