Tramp trans idmançıları qadın yarışlarından uzaqlaşdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tram, kişi bioloji xüsusiyyətlərinə sahib trans şəxslərin qadın idman yarışlarında iştirakını qadağan edən fərmanı imzalayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu qərarını Ağ Evdə keçirilən imza mərasimində uşaqlarla birlikdə elan edib və seçki kampaniyası zamanı verdiyi vədlərdən birini daha yerinə yetirdiyini bildirib.
İmzalanan prezident fərmanı doğuşdan kişi olan trans idmançıların qadın yarışlarında iştirakını qadağan edir.
Qeyd edək ki, Tramp çıxışında bioloji olaraq yalnız iki cinsin – "kişi" və "qadın" – olduğunu vurğulayıb, bunun xaricindəki tərifləri qəbul etmədiklərini və trans idmançıların qadın idman yarışlarında iştirakına son qoyduqlarını bəyan edib.
"Keçən il Paris Olimpiadasında kişi boksçunun qadın rəqibinə qarşı sərt davranaraq onu 46 saniyəyə məğlub etməsini və nəticədə onun qızıl medalını əlindən almasını necə unuda bilərik? Bu gün imzaladığım fərmanla qadın idmanlarına qarşı bu haqsızlığa son qoyulur", – deyə Tramp bildirib.
Yeni fərmana əsasən, federal vəsait alan bütün təhsil müəssisələri trans idmançıların qadın yarışlarında iştirakına icazə verdikləri halda maliyyə dəstəyindən məhrum ediləcəklər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...