Tramp: "Tesla"ya hücumların arxasında Sorosun ola biləcəyinə inanıram
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də "Tesla"ya qarşı artan hücumların maliyyələşdirilməsinin arxasında sahibkar Corc Soros və digər liberal milyarderlər dayana bilər.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mühafizəkar "Newsmax" telekanalına müsahibəsində deyib.
Jurnalistlərdən birinin Soros və Demokratlar Partiyasına yaxın olan digər milyarderlərin İlon Maskın "Tesla"sına edilən hücumlarda əli olub-olmaması ilə bağlı sualına cavabında Tramp vurğulayıb:
"Bu iş adamlarından bəziləri mənə qarşı məhkəmə çəkişmələrində iştirak ediblər və yəqin ki, bu işdə də əlləri var. Bilirsiniz, İlon Mask həqiqətən yaxşı iş görüb. O, böyük sui-istifadələri, fırıldaqları və yanlış idarəetməni elə miqyasda ifşa edib. İnsanlar hətta işə gəlməyiblər, amma maaş alıblar. O qədər çoxdur ki, hamısını sadalaya bilmirəm".
Oxşar xəbərlər
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir. BAKU.WS-in məlumatına görə, hadi...