Tramp Rubionu Kubaya göndərəcək - Razılaşma müzakirə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp mümkün razılaşmaları müzakirə etmək üçün dövlət katibi Marko Rubionu Kubaya göndərmək niyyətində olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ və Kuba arasında müəyyən razılaşmaların əldə olunması üçün dialoq aparıla bilər.
ABŞ prezidenti bildirib ki, Kuba tərəfi də razılaşma əldə etməkdə maraqlıdır.
"Onlar razılaşma əldə etmək istəyirlər. Buna görə də Markonu ora göndərəcəyəm və görəcəyik nə baş verəcək. Hazırda biz bu məsələyə tam şəkildə diqqət ayırmışıq", – deyə Tramp qeyd edib.
O, həmçinin Kubada mövcud iqtisadi və siyasi vəziyyətə işarə edərək qeyd edib ki, ölkə yaxın vaxtlarda ciddi böhranla üzləşə bilər.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...