Tramp özünü cənnətə layiq sayır
05
fev
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölümdən sonra cənnətə düşməyə layiq olduğunu hesab edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtonda səhər yeməyində çıxış edərkən deyib.
Çıxışının əvvəlində Tramp guya cənnətə düşə bilməyəcəyi barədə zarafat edib, lakin jurnalistlər bu sözləri ciddi qəbul ediblər.
"Mən sadəcə zarafat edirdim. Əslində düşünürəm ki, sonda cənnətə düşəcəyəm", - o qeyd edib.
"Mən ideal namizəd deyiləm, amma insanlar üçün həddindən artıq yaxşılıqlar etmişəm - bu dəqiqdir", - Tramp əlavə edib.
Oxşar xəbərlər
İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi
İraq ABŞ-nin İrana qarşı sanksiyalarını əsas gətirərək İran milli futbol komandasını daşıyan təyyarənin Bəsrə aeroportuna enməsinə icazə verməyib. BAKU.WS xəbər...