Tramp NATO sammiti üçün Türkiyəyə səfər edib
07
iyl
2026
15:11
ABŞ Prezidenti Donald Tramp NATO dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyəyə gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində ABŞ Prezidenti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı tərəflərin regional təhlükəsizlik, NATO çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Rusiya məhkumluğu olan əcnəbilərə vətəndaşlıq verməyəcək
Rusiya Dövlət Duması ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının, həmçinin daimi və müvəqq...