2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA
"Azərbaycanda istehlak bazarında müşahidə olunan qiymət dəyişikliklərinin əhəmiyyətli hissəsi idxal inflyasiyası ilə bağlıdır".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, xüsusilə ərzaq məhsullarının idxal edildiyi ölkələrdə qiymətlərin dəyişməsi birbaşa olaraq Azərbaycan bazarına təsir göstərə bilir.
"Adətən region ölkələrində və Azərbaycanın, xüsusən ərzaq məhsulları idxal etdiyi ölkələrdə qiymət artımları müşahidə olunursa, bu, idxal inflyasiyasının sürətlənməsinə gətirib çıxarır. Əksinə, həmin ölkələrdə qiymətlər sabitləşirsə, bu, idxal inflyasiyasını xeyli dərəcədə minimumlaşdırır", - deyə deputat qeyd edib.
V.Bayramovun sözlərinə görə, 2027-ci ildə də Azərbaycanda istehlak bazarında qiymətlərin dəyişməsi həm region ölkələrində, həm də dünya bazarında baş verən proseslərdən asılı olacaq.
Millət vəkili bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə ərzaq ehtiyatlarının yaradılması və ehtiyatların artırılması da mühüm əhəmiyyət daşıyır.
Deputat hesab edir ki, ərzaq ehtiyatlarının artırılması bazarda tarazlığın qorunmasına və mümkün qiymət dalğalanmalarının təsirinin azaldılmasına imkan verə bilər.
"Bütün hallarda region ölkələrində və dünya bazarında baş verən proseslər idxal inflyasiyası vasitəsilə Azərbaycan istehlak bazarına təsir göstərə bilər. Amma Azərbaycan hökuməti bu təsirləri minimumlaşdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə V.Bayramov əlavə edib.
Orxan Hüseyn
Oxşar xəbərlər
Nazirlik bu rayonlarda evlər tikdirəcək
Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fərdi yaşayış evlərinin tikintisi və bərpası həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, bununla bağlı Fövqəladə Hall...