Tramp Maskla milyon dollarlıq qapalı şam yeməyi yeyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp 15 mart tarixində Floridadakı iqamətgahında qapalı şam yeməyi təşkil edib. Tədbirdə iştirak etmək istəyən qonaqlardan hər biri üçün 1 milyon dollar ödəmək tələb olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "WIRED" jurnalı məlumat yayıb.
"Siz xüsusi qonaq – prezident Donald J. Trampın iştirakı ilə keçirilən şam yeməyinə dəvət olunursunuz. Bir yer üçün 1 milyon dollar", – jurnalın əldə etdiyi dəvətnamədə belə yazılıb.
Bildirilib ki, Mar-a-Laqoda keçirilən tədbirdə ABŞ hökumətinin səmərəlilik departamentinin (DOGE) rəhbəri İlon Mask da iştirak edib.
Qeyd olunur ki, qapalı şam yeməyi Trampın prezidentlik kampaniyasını dəstəkləyən MAGA Inc. komitəsi tərəfindən təşkil olunub. Bununla belə, tədbir zamanı Tramp tərəfindən ianələr toplanmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...