Tramp "Amerikanı xilasetmə" qanun layihəsini təqdim edib
ABŞ prezidenti Donald Tramp "Amerikanı xilasetmə" adlı yeni qanun layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, özünün Truth Social hesabında məlumat verib.
Layihəyə əsasən, ABŞ-də poçt vasitəsilə səsvermə ciddi şəkildə məhdudlaşdırılacaq. Qanun qəbul olunarsa, bu üsul yalnız xəstəlik, əlillik və ya hərbi xidmət kimi xüsusi hallarda mümkün olacaq.
Digər hallarda seçicilər seçki məntəqələrində şəxsiyyət vəsiqəsi təqdim etməli və vətəndaşlıqlarını sənədlə təsdiqləməlidirlər.
Təklif olunan sənəddə yetkinlik yaşına çatmayan şəxslər üçün cinsiyyət dəyişdirilməsi ilə bağlı tibbi müdaxilələrə də məhdudiyyət nəzərdə tutulur. Tramp bildirib ki, valideynlərin yazılı razılığı olmadan uşaqlar üzərində belə əməliyyatların aparılması qadağan edilməlidir. O, həmçinin qadın idmanında kişi idmançıların iştirakına qarşı olduğunu vurğulayıb.
Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset ölkədə həddindən artıq tolerantlıq və siyasi korrektliyin milli təhlükəsizlik üçün risk yarada biləcəyini demişdi. Nazir bildirib ki, əvvəlki administrasiya dövründə orduda sağlam düşüncənin zəiflədiyini və bunun ABŞ cəmiyyətinin kimliyinə mənfi təsir göstərdiyini düşünür.
Qeyd edək ki, daha əvvəl Tramp İranda keçirilə biləcək lider seçkilərində iştirak etmək niyyəti ilə bağlı açıqlaması ilə də gündəmə gəlmişdi.
Oxşar xəbərlər
Tramp növbəti dəfə Netanyahunun müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp yenidən İsrailin baş naziri Benjamin Netanyahunun müdafiəsinə qalxaraq onun əfv olunması ilə bağlı çağırış edib. BAKU.WS xəbər verir...