Təyyarədə dava düşdü

İstanbuldan Londona uçuş etməyə hazırlaşan təyyarədə bir sərnişin digər sərnişinlərə hücum edib. Hadisə səbəbilə təyyarənin pilotu hava nəzarətçilərinə "Təyyarədə dava var, polisə ehtiyacımız var" deyərək müraciət edib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Sabiha Gökçən Hava Limanından Londra Stansted istiqamətində uçuş həyata keçirəcək Airbus A321 NEO tipli təyyarəyə sərnişin qəbul edildiyi vaxt sərnişinlərdən biri əvvəlcə qışqırmağa başlayıb, daha sonra isə onu sakitləşdirməyə çalışan digər sərnişinlərə hücum edib. Hücum edən sərnişin zərərsizləşdirildikdən sonra kabin heyəti vəziyyəti pilota bildirib.
Pilot dərhal hava nəzarətçisi ilə əlaqə saxlayaraq təyyarədə dava olduğunu və polisə ehtiyac duyulduğunu qeyd edib. Hadisə yerinə gələn polis əməkdaşları sərnişini təyyarədən endirib. Bu səbəbdən İstanbul–Londra reysi 1 saat 23 dəqiqə gecikmə ilə həyata keçirilib.
Oxşar xəbərlər
Britaniyada uşaq cinsi istismarı üzrə cinayətkara 27 il həbs verildi
Britaniyada 13 yaşında saxta şəxsiyyət yaradaraq məktəblilərin "etimad"ını qazanmış bir şəxs 27 il həbs cəzasına məhkum edilib. Cinayətkar əvvəllər 130 maddə üz...
