Temu Çin məhsullarının ABŞ-yə birbaşa tədarükünü dayandırdı

Temu Çin məhsullarının ABŞ-yə birbaşa tədarükünü dayandırdı
Dünya 48

Çinin onlayn pərakəndə satış nəhəngi Temu ABŞ-də strateji dəyişiklik edərək Çin məhsullarının bu ölkəyə birbaşa çatdırılmasını dayandırıb.

BAKU.WS xəbər verir ki, TechCrunchun məlumatına görə, bu qərar ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük tarifləri ilə bağlıdır.

Yeni sərəncamla Tramp, daha öncə qüvvədə olan və 800 dollara qədər olan məhsulların rüsumdan azad şəkildə idxalına imkan verən "de minimis" qaydasını ləğv edib. Eyni zamanda Çin məhsullarına tətbiq olunan tariflər 100%-dən çox artırılıb.

Bunun nəticəsi olaraq, Temu artıq yalnız ABŞ-dəki anbarlarda olan məhsulları satışa çıxarır. Çin anbarlarından olan məhsullar isə platformada "mövcud deyil" kimi işarələnir.

Əvvəllər Temu ultra aşağı qiymətlərlə alıcı cəlb edir, lakin sifarişlərə 130-150% arasında idxal rüsumu əlavə olunurdu ki, bu da ümumi qiyməti xeyli artırırdı. İndi isə şirkət yerli ticarətçilərlə əməkdaşlığa üstünlük verir, ABŞ-dəki satıcıları platformaya cəlb etməklə daxili bazarı genişləndirməyə çalışır.

Temu-nun nümayəndəsi bildirib ki, bu dəyişikliklər alıcıların qiymətlərinə təsir etməyəcək və əksinə, yerli satıcılara müştəri bazasını böyütmək imkanı verəcək.

Qeyd edək ki, 2016-cı ildən qüvvədə olan "de minimis" qaydası sayəsində Temu və Shein kimi Çin platformaları qərb bazarlarında ucuz qiymətlərlə rəqabət üstünlüyü qazanmışdı.

Son xəbərlər