Taliban ABŞ-nin istəyini rədd etdi

Taliban ABŞ-nin istəyini rədd etdi
Dünya 119

Əfqanıstanda hakimiyyədə olan Taliban hərəkatı ABŞ-nin 2021-ci ildə ölkədən qoşunlarını çıxararkən tərk etdiyi, ümumi dəyəri 7 milyard dollardan çox olan hərbi texnikasını geri qaytarmaqdan imtina edib.

BAKU.WS xəbər verir ki, ABŞ prezidenti Donald Trampın məsələyə dair sərt mövqeyinə baxmayaraq, Talibanın cavabı dəyişməyib.

Qeyd edək ki, ABŞ qoşunları ölkəni tərk edərkən böyük miqdarda silah-sursat, texnika və avadanlıqlar Əfqanıstan ərazisində qalmışdı. Bunlara döyüş helikopterləri, zirehli maşınlar, kəşfiyyat dronları, silahlar və digər yüksək texnologiyalı avadanlıqlar daxildir.

Taliban nümayəndələri bildiriblər ki, ABŞ tərəfindən buraxılmış bu hərbi texnika artıq ölkənin təhlükəsizliyi üçün istifadə olunur. "Bu texnika artıq Əfqanıstan xalqının sərvətidir və bizim suverenliyimizin bir hissəsidir", - deyə Taliban rəsmilərindən biri vurğulayıb.

Son xəbərlər