"Survivor" iştirakçısının ailəsi Acun Ilıcalını şantaj edir: "Oğlumu geri göndərin!"
"Survivor 2025" yarışmasında gözlənilməz hal yaşanıb.
BAKU.WS xəbər verir ki, iştirakçılardan biri Batuhan Karacakayanın atası yarışmanın layihə rəhbəri Acun Ilıcalını şantaj edib.
Bu barədə Ilıcalı yarışmanın ötən gün gecə yayımlanan buraxılışında bildirib.
Batuhanın atası "Survivor"ın çəkiliş heyəti ilə əlaqə yaradaraq oğlunu təcili olaraq Türkiyəyə göndərmələrini tələb edib. Bu baş verməyəcəyi təqdirdə Acun Ilıcalını polisə şikayət edəcəklərini vurğulayıb.
Xatırladaq ki, iştirakçılar Batuhanla Hikmet arasında bir müddət əvvəl dava düşüb. Bundan sonra Batuhan Karacakayanın ailəsi onun evə göndərilməsini tələbe dib.
Ətraflı videoda:
Oxşar xəbərlər
NATO-da Mark Rütteyə ləqəb verilib
NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampla olan ziddiyyətləri yumşaltmaq bacarığına görə qeyri-rəsmi olaraq "ailə psixoloqu" ləqəbini qazanıb....