Suriyada qanlı toqquşmalar - 700 nəfər eyni üsulla öldürüldü
Suriyanın Laziqiyyə əyaləti və ətraf regionlarda baş verən silahlı qarşıdurmalarda 1000 nəfərdən çox insan həyatını itirib.
Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, 700-dən çox insan yaxın məsafədən açılan atəşlə öldürülüb. Bildirilir ki, toqquşmalarda Əsəd tərəfdarı olan silahlı qruplar 148, Suriya hökumət qüvvələrindən isə 125 nəfər həlak olub.
Qeyd edək ki, martın 6-da Laziqiyyənin Cəblah rayonunda devrilmiş Əsəd hökumətinin tərəfdarlarının həyata keçirdiyi hücum zamanı ən azı 11 təhlükəsizlik əməkdaşı öldürülüb. Suriya ordusu bundan sonra Laziqiyyə və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla, yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib və silahlı qruplarla döyüşə başlayıb.
Bölgədə çox sayda mülki vətəndaşın hədəfə aldığı xəbərləri və görüntüləri beynəlxalq mətbuatda və sosial mediada yer alıb. ABŞ və Rusiya Suriyada zorakılığın artması fonunda bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb.
Oxşar xəbərlər
Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoq üçün şərtlərini açıqlayıb
Rusiya Ukrayna ilə sülh haqqında dialoqa yalnız ərazi üzərindəki reallıqlar əsasında hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prez...