Serj Sarkisyan çirkli pulların yuyulmasında ittiham olundu
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana çirkli pulların yuyulması ittihamı irəli sürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Hraparak" nəşri Ermənistanın Baş Prokurorluğuna istinadən məlumat yayıb.
"Serj Sarkisyana xüsusilə böyük məbləğdə pul yuyulmasına kömək ittihamı irəli sürülüb", – nəşr yazıb.
Bundan əlavə, ona vəzifədə olduğu dövrdə xüsusilə iri miqyasda mənimsəmə və xidməti səlahiyyətlərindən sui-istifadə ittihamları da yönəldilib.
Serj Sarkisyan 2008-2018-ci illər ərzində on il müddətində Ermənistanın prezidenti olub.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanı sərt tənqid etmişdi. O, hər iki keçmiş prezidentin "yarı ölü" olduğunu və ölkəni məhv etmək niyyətində olduqlarını söyləmişdi.
Oxşar xəbərlər
Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının çökməsi nəticəsində, ilkin məlumatlara görə, yeddi uşaq həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir...