Selena Qomez evsiz adama kömək etdiyi üçün tənqid atəşinə tutulub

Hollivud aktrisası və müğənni Selena Qomez evsiz adama kömək etdiyi üçün tənqid olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, oktyabrın 15-də Nyu-Yorkda 32 yaşlı Selena Qomezin fotolarını paparassilər çəkib.
Müğənni dəbdəbəli "Nobu Fifty Seven" restoranından çıxarkən müəssisənin yaxınlığında evsiz kişi dayanıbmış.
Aktrisa mühafizəçisindən 20 dollar alaraq həmin şəxsə verib. Lakin internet istifadəçiləri məşhurun bu jestini müsbət qiymətləndirməyib. Bəzilərinin fikrincə, milyarder olan sənətçi ehtiyacı olanlara daha çox pul verməli idi.
"Ona ən azı 50 dollar verməli idin. Bu gün Nyu Yorkda 20 dollar heç nədir. İndi bu pula bir qutu siqaret və bir stəkan pivə belə ala bilməzsən", - deyə sosial şəbəkə istifadəçiləri yazıblar.
Oxşar xəbərlər
"Haber Global"ın 7 yaşı tamam olur
Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün 7 yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın...
