Şahzadə Harri və Meqan Markl Kanadada tədbirə birlikdə qatılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kanadada keçirilən qala gecəsində birlikdə kameralar qarşısına çıxıblar.
BAKU.WS xəbər verir ki, bu, cütlüyün iyul ayında Böyük Britaniyaya səfərindən sonra ilk birgə ictimai görünüşüdür. Həmin səfərdə onların övladları – şahzadə Arçi və şahzadə Lilibet də iştirak edib.
Cütlük cümə günü Devid Foster Fondunun 40 illiyinə həsr olunan tədbirə qatılıb. Harri və Meqan qırmızı xalçada gülümsəyərək pozalar veriblər.
Meqan gecə üçün kanadalı "Greta Constantine" brendinin tünd-göy rəngli, uzun və çiyinsiz libasını seçib. O, görünüşünü sapfir və brilyant qaşlı sırğalarla tamamlayıb. Həmin zinət əşyalarının vaxtilə şahzadə Dianaya məxsus olduğu bildirilir.
Şahzadə Harri isə tədbirə klassik qara smokinq və papyonla qatılıb.
Qeyd edək ki, cütlük Devid Foster və onun həyat yoldaşı, müğənni Ketrin Makfi ilə dostluq edir.
Oxşar xəbərlər
Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI
2025-ci ildə dünya üzrə kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 1,6 trilyon dollar təşkil edib. ABŞ və Braziliya qlobal bazarın əsas ixra...