Şabanın həyat yoldaşı bu paylaşımı ilə hər kəsi təsirləndirdi
Mərhum aktyor Kemal Sunalın (Şaban) həyat yoldaşı Gül Sunal sosial şəbəkə paylaşımı ilə təsirləndirib.
BAKU.WS xəbər verir ki, o instaqram hesabında toy günün fotosunu paylaşaraq bunları əlavə edib:
"Kemal, bugün evliliyimizin 50 ili tamam oldu. Bu sözü çox düşündüm. "Hansı anı təkrar yaşamaq istəyərdim?".
İlk dəfə görüşdüyümüz anı təkrar yaşamaq istərdim. O Ankarada Çankayadan Kızılaya doğru yürüş etdiymiz an idi...".
Gül Sunalın bu paylaşımı iləzyicilərini təsirləndirib. Onlar mərhum aktyora Allahdan rəhmət diləyiblər.
Xatırladaq ki, cütlük 1975-ci ildə ailə qurub. Onların iki övladı dünyaya gəlib. Kemal Sunalın oğlu Ali Sunal hazırda aktyor və aparıcı kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...