Rusların neçə faizi Putinə inanır? - AÇIQLANDI
Rusiyalıların Vladimir Putinin Rusiya prezidenti kimi fəaliyyətinə müsbət qiymət vermə səviyyəsi həftə ərzində 1 faiz artaraq 83 faiz təşkil edib.
BAKU.WS xəbər verir ki, Rusiya dövlət başçısının yenilənmiş reytinqi İctimai Rəy Fondunun (FOM) saytında dərc olunub.
Rusiyalıların 7 faizi dövlət başçısının işinə mənfi münasibət bildirib, digər 10 faizi isə qərarsız qalıb. Bundan əlavə, respondentlərin 82 faizi Putinə inamla bağlı suala müsbət cavab verib. Respondentlərin 9 faizi ona inanmır, eyni faiz isə qərarsızdır.
FOM qeyd edib ki, sorğu martın 28-dən 30-dək Rusiyanın 51 regionunun 97 yaşayış məntəqəsində aparılıb. Burada yaşı 18-dən yuxarı olan 1,5 min nəfər iştirak edib. Əldə edilən məlumatların statistik xətası 3,6 faizi ötmür.
Oxşar xəbərlər
Süni intellektin səhvi qadını 108 gün həbsdə saxladı
ABŞ-nin Tennessi ştatında yaşayan 50 yaşlı Anjela Lipps süni intellekt əsaslı üz tanıma sisteminin səhvi nəticəsində törətmədiyi cinayətə görə 108 gün həbsdə qa...