Rusiyanın bu regionunda mobil internet kəsilib
Rusiyanın Lipeçsk vilayətində təhlükəsizlik məqsədilə müvəqqəti olaraq mobil internet əlaqəsi dayandırılıb.
Bu barədə vilayətin qubernatoru İqor Artamonov "Telegram" kanalında məlumat verib.
Artamonovun sözlərinə görə, mobil internetin dayandırılması qərarını Rusiya hərbçiləri verib. O bildirib ki, mayın 21-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri (HHM) ölkənin müxtəlif regionları üzərində 127 pilotsuz uçuş aparatını (PUA) vurub.
"Xahiş edirik, anlayışla yanaşın. Təhlükəsizlik hər şeydən önəmlidir", – deyə o yazıb.
Qubernator qeyd edib ki, mobil internet yalnız vəziyyət imkan verdiyi anda bərpa olunacaq. O əlavə edib ki, bu müddətdə "Wi-Fi" və stasionar internet şəbəkələri normal rejimdə işləməyə davam edir.
Sonradan məlum olub ki, mobil internetdə nasazlıqlar Moskva ətrafındakı şəhərlərdə də müşahidə olunub. Onların arasında Klin, Korolyov və Balaşixa şəhərləri də var.
Oxşar xəbərlər
Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. BAKU.WS xəbər verir ki, di...