Rusiyalı general-leytenantın ölümü ilə bağlı daha iki nəfər saxlanılıb
Rusiyada general-leytenant İqor Kirillovun ölümü ilə bağlı daha iki nəfər saxlanılıb.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Xatırladaq ki, terror aktı dekabrın 17-də baş verib. Kirillov və köməkçisi İlya Polikarpov binanın girişindən çıxarkən, qatil Axmadjon Kurbonov yaxınlıqda quraşdırılmış skuterdə olan partlayıcı qurğunu işə salıb. Aldıqları xəsarətlər nəticəsində hərbçilər ölüb, şübhəli şəxs isə yerindəcə yaxalanıb.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha iki nəfərin - Batuxan Toçiyev və Ramazan Padiyevin terror aktında əli olduğunu müəyyən edə biliblər.
Oxşar xəbərlər
İstanbulun bir hissəsini su basdı, küçələr gölə döndü
Türkiyədə isti hava dalğası yerini şiddətli yağışlara verib. BAKU.WS xəbər verir ki, həftəsonu ölkənin bir çox bölgəsində müşahidə olunacağı proqnozlaşdırılan l...