Rusiyada həbs olunan tanınmış azərbaycanlı hüquqşünasla bağlı YENİ XƏBƏR
Rusiyada həbs edilən tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev külli miqdarda dələduzluqda ittiham olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
E.Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə ittiham irəli sürülüb. Eyni zamanda onun istintaqla əməkdaşlıqdan imtina etdiyi də məlum olub. Agentliyin mənbəsi bildirib ki, Paşayevin işi çərçivəsində üç şahid dindirilib.
Azərbaycanlı hüquqşünas sentyabrın 17-də həbs edilib. İstintaqın məlumatına görə, o, məşhur bloqqer Yelena Blinovskaya və onun ərinin 45 milyon rublunu dələduzluqla ələ keçirib. Paşayev Rusiya və Ukrayna arasında münaqişə zonasında bir sıra dələduzluqlarda da şübhəli bilinir.
Oxşar xəbərlər
Bred Kuper: Hörmüz boğazında 100 İran gəmisi batırılıb
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazında 100-dən çox İran gəmisinin dənizin dibinə batırıldığını elan...