Rusiyada generalı öldürməkdə şübhəli bilinən xarici vətəndaş saxlanılıb
Ötən gün Rusiya Silahlı Qüvvələrinin "RKhBZ" qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını təşkil etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə günü, dekabrın 18-də Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqləri FTX və Rusiya Daxili İşlər Nazirliyi ilə birgə terror aktı törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını saxlayıblar", - deyə o bildirib.
Dindirilmə zamanı saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü deyib. Onların xahişi ilə o, Moskvaya gələrək əldəqayırma partlayıcı qurğu alıb, sonra onu elektrik skuterinə quraşdıraraq Kirillovun yaşadığı yaşayış binasının girişində qoyub. Hərbçinin evinə nəzarət etmək üçün həmin şəxs maşın icarəyə götürüb və orada videokamera yerləşdirib. Video çəkiliş terror aktının təşkilatçılarına da görünüb.
Oxşar xəbərlər
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı vəzifəsindən azad edib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki,...