Roma Papası üç dəfə huşunu itirib, nəfəsi kəsilib
Roma Papası Fransisk ötən sutka ərzində üç dəfə huşunu itirib və müstəqil şəkildə nəfəs almağı dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Oktagon" Müqəddəs Taxt-Tacın mətbuat xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Roma Papası yenidən süni tənəffüs aparatına qoşulub və ona hər gün qan köçürürülür.
Bundan əlavə, dövlət rəsmilərinin və katolik dünyasının rəsmi şəxslərinin Vatikana olan bütün səfərləri ləğv edilib.
Bildirilir ki, Vatikan dəfn şurasını toplayır və xüsusi komissiya hazırlayır.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən Roma-Katolik Kilsəsinin rəhbərində iki tərəfli pnevmoniya aşkar edilib.
Oxşar xəbərlər
Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb
Suriyada keçmiş prezident Bəşər Əsədin ailəsi və yaxın çevrəsindən müsadirə edilən aktivlər hesabına yaradılmış investisiya fondu ölkənin iqtisadiyyatında əsas...