Roma Papası Azərbaycana və Ermənistana müraciət edib
Roma Papası Fransisk Pasxa bayramı münasibətilə ünvanladığı müraciətdə Azərbaycan və Ermənistanı qısa müddət ərzində sülh razılaşmasına nail olmağa çağırıb.
BAKU.WS xəbər verir ki, "Vatican News"un məlumatına görə, Pontifik iki ölkə arasında yekun barışığa və Cənubi Qafqaz regionunun bərpasına ümid etdiyini bildirib.
"Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsinin vacibliyini anlayaraq, bunun qlobal silahlanma yarışına çevrilməsinə imkan verilməməlidir", – deyə Papa qeyd edib.
O, həmçinin bu il həm katoliklərin, həm də pravoslavların birlikdə qeyd etdiyi Pasxa bayramı fonunda Müqəddəs Torpaqda sülhün vacibliyinə diqqət çəkib.
"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlarla yanaşı, bütün Fələstin və İsrail xalqına dəstəyimi bildirirəm", – deyə o vurğulayıb.
Pontifik eyni zamanda Livan və Suriyadakı xristian icmaları üçün dua etdiyini bildirib və Rusiya-Ukrayna müharibəsində də tərəfləri sülhə çağırıb.
Qeyd edək ki, bu il son 11 ildə ilk dəfədir ki, pravoslav və katolik Pasxa bayramları eyni tarixə təsadüf edir.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...