Roberto Karlos müsəlman oldu?
Dünya futbolunun və "Real Madrid"in, "Fənərbağça"nın əfsanəvi keçmiş ulduzu Roberto Karlosun İslam dinini qəbul etdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə AK Partiyanın Qaziantep millət vəkili Əli Şahin məlumat yayıb.
O San-Pauluda Braziliya İslam Hüquqşünasları Assosiasiyasının (ANAJI) vitse-prezidenti və dini məsləhətçisi Şeyx Cihad Hammadə ilə bir araya gəlib.
Şeyx Cihad Hammadə xəbər verib ki, Roberto Karlos uzun müddətdir onunla təmasda olub və təxminən dörd həftə əvvəl şəxsən ziyarət edərək "Kəlmeyi-Şəhadət" gətirib və İslamı seçib.
Roberto Karlosun daha əvvəl mərakeşəsilli ispan iş qadını Süheyla Tahiri ilə ailə qurduğu məlumdur. Məsələ ilə bağlı hələlik Roberto Karlosun özündən və ya ailəsindən heç bir rəsmi açıqlama verilməyib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə naməlum PUA partlayıb: 3 avtomobilə ziyan dəyib
Türkiyənin Trabzon vilayətinin Arsin rayonunda naməlum pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb. BAKU.WS xəbər verir ki, hadisə avqustun 18-də saat 19:30 r...