Robert Köçəryan Serj Sarqsyanın torpaq satışı ilə bağlı cinayət işi üzrə şahid qismində çıxış edir
Ermənistanın üçüncü prezidenti Robert Köçəryan sələfi Serj Sarqsyanın cinayət işi üzrə şahid qismində çıxış edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu prokuror Qorik Hovakimyan məhkəmə iclasında bildirib.
Söhbət "Yerablur" hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cinayət işindən gedir. Araşdırma predmeti olan sövdələşmə 2005-ci ildə, Köçəryanın prezident, Sarqsyanın isə müdafiə naziri olduğu dövrdə bağlanıb. Torpaqlar Müdafiə Nazirliyinin balansında olub.
Prokuror bildirib ki, istintaq məlumatına əsasən, sövdələşmə ilə əlaqəsi olan Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın və Serj Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryanın da şahid kimi çağırılması planlaşdırılır.
Oxşar xəbərlər
ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək
ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya sə...