Rihanna övladları ilə atasının yas mərasiminə qatıldı

Məşhur müğənni Rihanna atasının dəfn mərasiminə qatılıb.
BAKU.WS xəbər verir ki, o mayın sonunda vəfat edən atası Ronald Fentinin yasında iştirak etmək üçün Barbadosa gedib.
Sənətçi ora azyaşlı övladları ilə yollanıb.


Müğənni yasda ağ rəngli uzun libas geyinib. Onun libasının ağ olması dünya mətbuatında müzakirələr yaradıb.

İfaçının atası Ronald Fentinin uzun müddət mədəaltı vəzi xərçəngi və ağ ciyər infeksiyası ilə mübarizə apardığı ortaya çıxıb.
Rihanna ilə atasının münasibətləri son bir neçə ildə düzəlməyə başlamışdı. Lakin Ronald Fenti bu il mayın 31-i səhər saatlarında Los-Ancelesdə vəfat edib.
Onun xəstəlik nəticəsində dünyasını dəyişdiyi isə iddia idi və öz təsdiqini tapmamışdı.

Oxşar xəbərlər
Kiyevdə elektrik təchizatı DAYANDI – Mərkəzi küçələr və metro stansiyalar işıqsız qalıb
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində elektrik enerjisi kəsilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Bəzi mərkəzi küçələr və Kiyev m...
