Qızıl mədənində uçqun: 10 nəfər ölüb
Konqo Demokratik Respublikasında yerləşən bir qızıl mədənində baş verən uçqun nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Cənubi Kivu vilayətində Kabare bölgəsində yerləşən Luhihi qızıl mədənində qeydə alınıb. Cənubi Kivu qubernatoru Duqlas Dunia Masumbuko hadisə ilə bağlı açıqlamasında bildirib ki, 10 nəfər həyatını itirib və yaralıların vəziyyəti nəzərə alınarsa, ölənlərin sayının artma ehtimalı var.
Masumbuko uçqunun səbəbinin iqlim dəyişikliyinə bağlı təbii fəlakət olduğunu deyib. O, həmçinin bölgədəki nəzarətsiz tikinti işləri və qızıl yataqlarının lazımi şəkildə baxımsız qalmasının da faciəyə səbəb olan amillərdən olduğunu vurğulayıb.
Rəsmilər təhlükəsizlik tədbirlərinin artırıldığını və gələcəkdə bənzər hadisələrin qarşısının alınması üçün araşdırmaların davam etdiyini açıqlayıb.
Oxşar xəbərlər
Rusiya aeroportlarında 20-dən çox uçuş gecikir
Rusiyanın 2 hava limanında ümumilikdə 20-dən çox aviareys gecikir. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, Soçi hava limanın...