Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni açıqlama yayıb
AZAL-a aid təyyarənin Aktau yaxınlığında baş verən aviaqəzasını araşdıran Qazaxıstan Nəqliyyat Nazirliyinin nəzdində yaradılmış komissiya insidentin səbəblərini müəyyən edənə qədər internetdəki məlumatları şərh etməyəcək.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ilkin hesabat respublika qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 saylı əlavəsinə uyğun olaraq dərc olunacaq.
"İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək", -deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
İstanbulun bir hissəsini su basdı, küçələr gölə döndü
Türkiyədə isti hava dalğası yerini şiddətli yağışlara verib. BAKU.WS xəbər verir ki, həftəsonu ölkənin bir çox bölgəsində müşahidə olunacağı proqnozlaşdırılan l...