Qazaxıstanda arvadını öldürən sabiq nazir həbsxanadan yoxa çıxıb

Qazaxıstanda arvadını öldürən sabiq nazir həbsxanadan yoxa çıxıb
Dünya 1189

Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.

Məlumata görə, sabiq nazir Arşalı kəndindəki cəzaçəkmə müəssisəsində olub, lakin onu orada tapmaq mümkün olmayıb.

Bişimbayevin saxlanmalı olduğu müəssisədə olmaması barədə məlumatı vəkili də təsdiqləyib.

Qazaxıstanın hüquq-mühafizə orqanları Bişimbayevin yoxa çıxmasından sonra harada olması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Qazaxıstanın sabiq naziri Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Günəş sistemində ulduzlararası komet aşkarlanıb

Günəş sistemində ulduzlararası komet aşkarlanıb

Günəş sistemində ulduzlararası komet (Günəş Sisteminin kiçik cisimlərindən biri) aşkarlanıb. BAKU.WS xəbər verir ki, NASA-nın dəstəklədiyi teleskoplar Günəş sis...

49 Dünya 09:44 08 iyul 2025

Son xəbərlər