Putin və Tramp Ukrayna ilə bağlı danışıq aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparacaq.
BAKU.WS xəbər verir ki, bu fikri "Bloomberg" agentliyinin şərhçisi Andreas Klut səsləndirib.
"Putin və Tramp tezliklə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparacaqlar. Lakin ABŞ-nin hazırkı prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Amerika raketlərindən istifadə etməyə icazə verməsi Vaşinqtonun danışıqlardakı mövqeyini çətinləşdirib. Buna görə də Trampın atacağı addımlar daha da qeyri-müəyyən qalır",- deyə Klut vurğulayıb.
Şərhçinin sözlərinə görə, Respublikaçı Trampın milli təhlükəsizlik siyasəti "qüdrət vasitəsilə sülh" prinsipinə əsaslanır. Buna görə də, o, Moskvaya təzyiq göstərməyə hazır ola bilər.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin xarici liderlə telefon danışığı aparıb. Bu barədə ətraflı məlumatın 20 noyabrın ikinci yarısında açıqlanacağı qeyd olunub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...