Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
İran ordusu ölkəni müdafiə etməyə hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözlər İran Prezidenti Məsud Pezeşkianın Milli Ordu Günü münasibətilə yayılan təbrikində qeyd olunub.
M. Pezeşkian həssas şəraitdə mövcud təhdidlərə işarə edərək, ölkənin müdafiəsində silahlı qüvvələrin birgə fəaliyyətini, hazırlığını vurğulayıb və ordunun rolunu həlledici hesab edib.
İran Prezidenti ordunun xalqla dərin bağını, yardım və xidmət sahələrindəki fəal iştirakını müstəsna xüsusiyyətləri kimi xarakterizə edib.
Qeyd edək ki, İranda Milli Ordu Günü hər il 18 aprel tarixində qeyd olunur. Bu gün 1979-cu ildə İslam İnqilabından sonra Ayətullah Xomeyni tərəfindən ordunun xalqla həmrəyliyini nümayiş etdirmək üçün təsis edilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...