Pezeşkian: İran hökuməti xalqın səsini dinləməyə və islahatlara hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian hökumətin vətəndaşların səsinə açıq olduğunu və ölkədə zəruri islahatların aparılmasına hazır olduqlarını bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Pezeşkian bu fikirləri xalqa ünvanlanan televiziya müraciəti zamanı səsləndirib. Prezident bildirib ki, İran hakimiyyəti qanuni etirazlarla iğtişaşları bir-birindən ayırır və konstruktiv tələblərin nəzərə alınması üçün addımlar atmağa hazırdır.
Onun sözlərinə görə, hökumət iqtisadi islahatları davam etdirmək niyyətindədir və vətəndaşların tələblərini açıq şəkildə ifadə etməsini dəstəkləyir. Pezeşkian iranlıları etirazların dinc xarakterini qorumağa, eyni zamanda iğtişaşların təşkilatçılarına etirazların mahiyyətini təhrif etməyə imkan verməməyə çağırıb.
Prezident vurğulayıb ki, etirazçılar əsasən ağırlaşan iqtisadi vəziyyətlə bağlı narazılıqlarını bildirirlər və onların bazarlara zərər vurmadığını, yaxud cinayət əməlləri törətmədiyini iddia edib. Bununla yanaşı, Pezeşkian ölkədə baş verən iğtişaşların ABŞ və İsrail tərəfindən təşkil olunduğunu, xarici qüvvələrin öz agentlərinə vəziyyəti sabitliyi pozmaq üçün göstəriş verdiyini bildirib.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməyi planlaşdırır. Yeni məhdudiyyətlərin təxminən 140 fiziki və hüquqi şəxsi əhatə edəcəyi, onları...