Peskov: Putin İran-İsrail münaqişəsini həll etməyə qadirdir
"Rusiya prezidenti Vladimir Putinin İsraillə İran arasında münaqişənin həllində vasitəçilik potensialı var".
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya hazırda İranla tərəfdaşlığı və İsraillə etibarlı münasibətləri qoruyur.
Xatırladaq ki, İsraillə İran arasında gərginlik iyunun 13-nə keçən gecə İsrail dövlətinin İrandakı nüvə və hərbi obyektlərə hücum etməsi ilə başlayıb. Zərbələr nüvə silahı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların yerləşdiyi ərazilərə endirilib.
Həmin gün axşam saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatının başladığını elan edib. İsrailə qarşı raket zərbələri endirilib.
Oxşar xəbərlər
İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır
ABŞ ilə danışıqlar İranın ali dini lideri Əli Xameneinin koordinasiyası ilə aparılır və məqsəd problemləri həll etməkdir. BAKU.WS "Report"a istinadən xəbər veri...