Paşinyan Sarkisyan və Köçəryanı "yarıcanlı" adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanı tənqid edərək onları "yarıcanlı" adlandırıb.
Bu barədə o, Facebook səhifəsində yazıb.
Paşinyan bu ifadəni keçmiş prezidentlərin onun 2018-ci ildə hakimiyyətə gəlməsinə kimin səbəb olduğu barədə açıq mübahisəsinə cavab olaraq işlədib.
"İki yarıcanlı şəxs ətrafındakı insanlarla mənim hakimiyyətə gəlməyimə kimin səbəb olduğu barədə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edirlər... Deyin, bu seçki saxtakarlarını və hakimiyyət qəsbkarlarını kim irəli çıxarıb...", – deyə Paşinyan bildirib.
Oxşar xəbərlər
Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının çökməsi nəticəsində, ilkin məlumatlara görə, yeddi uşaq həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir...