Papa XIV Leo Venesuelada suverenliyin qorunmasına çağırıb
Vatikan Dövlətinin başçısı və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo Venesuelada suverenliyin qorunması və insan hüquqlarına hörmət edilməsi ilə bağlı çağırış edib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Papa XIV Leo Müqəddəs Pyotr meydanında ənənəvi bazar duasından sonra etdiyi çıxışda Venesueladakı vəziyyətə toxunub. O, ölkədə baş verən hadisələrdən narahatlığını ifadə edərək Venesuelanın suverenliyinin qorunmasının və insan hüquqlarına əməl olunmasının vacibliyini vurğulayıb.
Papa qeyd edib ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və sabitlik şəraitində sakit və ədalətli gələcəyin qurulması üçün birgə fəaliyyət göstərilməlidir. O, həmçinin ölkənin suverenliyi qorunmaqla yanaşı, Konstitusiyada təsbit olunan hüququn aliliyinin təmin edilməsinin əhəmiyyətini önə çəkib.
Oxşar xəbərlər
Nobel Sülh mükafatçısından Trampa zarafatla cavab: "Mükafatı onunla bölüşə bilərəm"
2026-cı il Nobel Sülh mükafatına layiq görülən Navi Pillay ABŞ Prezidenti Donald Trampın bu mükafata layiq olduğu barədə açıqlamalarına zarafatla münasibət bild...