"Odisseya" Nolanın ən çox gəlir gətirən filmi oldu
Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edərək rejissorun karyerasında ən yüksək nəticə göstərən ekran işi olub.
BAKU.WS xəbər verir ki, IMDb-nin məlumatına görə, film premyerasından sonra dördüncü həftəsonunun sonunda qlobal prokatda 1,1 milyard dollardan çox vəsait toplayıb.
Bununla da "Odisseya" Nolanın əvvəlki rekordunu geridə qoyub. Rejissorun 2012-ci ildə ekranlaşdırdığı "Qaranlıq cəngavər: Əfsanənin dirçəlişi" filmi 1,085 milyard dollar gəlir əldə etmişdi.
"Odisseya" iyulun 17-də dünya kinoteatrlarında nümayişə çıxıb. Homerə aid eyniadlı əsər əsasında çəkilən film Troya müharibəsindən sonra Odisseyin uzun və təhlükəli şəkildə vətəninə qayıdışından bəhs edir.
Filmdə baş rolları Mett Deymon, Tom Holland, Zendaya, Enn Heteuey, Robert Pattinson, Lupita Nyongo və Şarliz Teron canlandırıblar.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...