Odessada günəşlənən qadın dron hücumuna məruz qaldı
Ukraynanın Odessa şəhərində çimərlik ərazisinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, hadisə zamanı günəş vannası qəbul edən qadın ağır xəsarət alıb. Boyun nahiyəsindən yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.
Partlayış çimərlikdə təşvişə səbəb olub. Ərazidə olan insanlar təhlükəsiz yerə sığınmağa çalışıb, hadisə şahidləri isə yaralılara yardım göstəriblər.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, qadın dünyasını dəyişib.
Hücumun ardından təhlükəsizlik qüvvələri çimərlik ərazisini nəzarətə götürərək araşdırmalara başlayıb.
Oxşar xəbərlər
İsti hava idmanı təhlükəyə salır: Aktiv qalaraq sağlamlığı necə qorumalı?
Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi və artan temperaturlar səbəbindən insanların fiziki aktivliyini azaltması, 2050-ci ilə qədər dünyada ildə 470,000...