Nikolas Maduro ABŞ-yə gətirildi
Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorka gətirildiyi təsdiqlənib.
BAKU.WS xəbər verir ki, Ağ Evin mətbuat xidməti Maduronun ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-Yorkdakı ofisində lentə alınmış görüntülərini ictimaiyyətə təqdim edib.
Paylaşılan görüntülərdə Venesuela liderinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə dəhliz boyunca hərəkət etdiyi, əllərinin qandallı olduğu aydın görünür.
Bu kadrlar Maduronun ABŞ-yə, konkret olaraq Nyu-Yorka gətirilməsini rəsmi şəkildə təsdiqləyən ilk sübut kimi qiymətləndirilir.
"NBC News"un məlumatına görə, Nikolas Maduronun yanvarın 5-də Manhetten Federal Məhkəməsində narkotik dövriyyəsi və silah qaçaqmalçılığı ilə bağlı irəli sürülən ittihamlar üzrə hakim qarşısına çıxacağı gözlənilir.
#Atención Primeras imágenes de Nicolás Maduro tras bajar del helicóptero y en los cuarteles de la DEA, después de su captura en Venezuela, por parte de la administración del presidente Donald Trump. #VocesySonidos pic.twitter.com/wEqm5TUtGp
— BluRadio Colombia (@BluRadioCo) January 4, 2026
Oxşar xəbərlər
Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi
Fransa hökuməti İranı ABŞ ilə yaşanan gərginlik və Hörmüz boğazındakı vəziyyət fonunda diplomatik yola üstünlük verməyə çağırıb. BAKU.WS xəbər verir ki, Fransan...