Nazir həyat yoldaşı ilə qəzaya düşən 70 yaşlı yaşlı aktrisadan İLK AÇIQLAMA
Ötən gün həyat yoldaşı Mehmet Ercan Karakaşla avtomobil qəzası keçirən aktrisa Müjde Ardan xəbər var.
BAKU.WS xəbər verir ki, o bədbəxt hadisədən sonra ilk dəfə açıqlama verib. Ar bildirib ki, çox ağır qəza keçirib.
"Ölümdən döndük. Çox ağır qəza keçirdik. Bu elə belə bir qəza deyildi. Böyük avtobus sanki üzərimizdən keçdi. Qəza anında başım iki dəfə avtomobilin tavanına dəydi. Qollarım göyərdib. Ölümcül bir qəza idi. 8 dəfə rentgen etdilər. Dizimdə böyük bir şiş var".
Xatırladaq ki, iki gün əvvəl Müjde Arla həyat yoldaşı, keçmiş nazir Mehmet Ercan Karakaşın olduğu avtomobil avtobusla toqquşub. Mehmet Ercan Karakaş 1995-ci ildə qısa müddət Türkiyənin Mədəniyyət naziri olub.
Oxşar xəbərlər
Fəqərəarası yırtıq hər kəsdə olur? - Nevroloq cavab verdi
Nevroloq Natalya Suvorinova hesab edir ki, fəqərəarası yırtıqlar yaş artdıqca insanlarda tez-tez yaranır və onurğada baş verən dəyişikliklərin təbii nəticəsi he...