Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra boğazdan keçən ilk sərnişin gəmisi olub.
Gəmi Bakı vaxtı ilə saat 18:55-də boğazı keçib. Saat 19:30-da layner cənub istiqamətində hərəkətini davam etdirib. Marşrut sənədlərində təyinat limanı kimi artıq Maskat limanı göstərilib.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, İslam Respublikası atəşkəs müddətində boğazı açmaq qərarına gəlib.
Oxşar xəbərlər
Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI
2025-ci ildə dünya üzrə kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 1,6 trilyon dollar təşkil edib. ABŞ və Braziliya qlobal bazarın əsas ixra...