Moskvada 32 miqrant saxlanılıb
Rusiyada, Moskva vilayətinin Çexov şəhərində ticarət mərkəzinin yaxınlığında baş vermiş davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 32 miqrantı saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə günü, iyunun 11-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Qubernski mikrorayonunda yerləşən ticarət mərkəzinin yaxınlığında kişilər arasında mübahisə baş verib, nəticədə onlardan ikisi bədən xəsarətləri alıb. Rusiyanın Çexov şəhəri üzrə polis əməkdaşları hadisənin iştirakçısı olduğu ehtimal edilən 32 nəfəri ərazi idarəsinə təhvil verib. Həmin şəxsləri 18.8-ci maddə ilə inzibati məsuliyyətə cəlb ediliblər", - məlumatda qeyd olunub.
Polis hadisə ilə bağlı araşdırma aparır. Araşdırmadan sonra Rusiya qanunvericiliyinə uyğun qərar veriləcək.
Oxşar xəbərlər
ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi radikal "Hizbullah" qruplaşması ilə əlaqələrinə görə Livanda doqquz şəxsə qarşı sanksiya tətbiq edib. BAKU.WS "Report"a istinadən xəbər ve...