Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 122

Rusiya XİN rəsmi Kişinyovun seçkilərdəki hərəkətlərinə görə Moldova səfirini nazirliyə çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ruisya XİN-in teleqram kanalında məlumat yayılıb.

Moldova hakimiyyətinin qeyri-dost və ayrı-seçkilik mövqeyinə görə səfirə kəskin etiraz edilib.

"Oktyabrın 20-də keçirilən Aİ-yə daxil olmaq üzrə səsvermənin birinci turundan əvvəl Moldova hakimiyyəti Rusiyadan olan beş müşahidəçinin akkreditasiyadan heç bir əsası olmadan imtina edib", - deyə Rusiya XİN-dən bildiriblər.

Seçkilərin ikinci turu öncəsi daha üç rusiyalı müşahidəçiyə akkreditasiya verilməyib.

Noyabrın 4-də Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bülletenləri hesabladıqdan sonra Maya Sandunu ikinci turda prezident seçkilərinin qalibi kimi tanıyıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovada keçirilən prezident seçkilərini şərh edərkən bildirib ki, Maya Sandu bu ölkənin prezidenti adlandırmaq olmaz, çünki bir çox vətəndaş ona səs vermir.

Son xəbərlər